Xəzər Xəbər

Həştərxanda Azərbaycan Biznes Mərkəzi apreldə açılacaq

İqtisadiyyat | 17:56 • 16 Fevral 2018
Həştərxanda Azərbaycan Biznes Mərkəzi apreldə açılacaq

Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan Biznes Mərkəzinin açılışı aprel ayına planlaşdırılıb.


AZƏRTAC "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Jilkin Soçidə keçirilən İnvestisiya Forumunda deyib.


"Apreldə Azərbaycan Biznes Mərkəzi açılacaq. Burada Rusiya biznesi xarici həmkarları ilə rahat əlaqə yarada biləcək. Bu mərkəz nəinki Həştərxan biznesi üçün, həmçinin Rusiyanın cənub bölgəsi və bütün ölkədən olan sahibkarlar üçün faydalı olacaq", - deyə qubernator qeyd edib.

Xəbər lenti