Xəzər Xəbər

Neft və qaz hasilatı azalıb

İqtisadiyyat | 09:48 • 16 Fevral 2018
Neft və qaz hasilatı azalıb

Bu ilin yanvar ayı ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3 mlrd. manat olmaqla əvvəlki ilin yanvar ayına nisbətən 1,2% artıb.


Xezerxeber.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 3,4 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 1,6 mlrd. kubmetr təşkil edib.

Bu ilin yanvar ayında ölkədə 3 360,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2017-ci ilin yanvar ayının göstəricilərinə nisbətən 0,2% azdır. Bu ilin fevralın 1-nə 253,9 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 3 356,7 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 0,2% azdır.

2018-ci ilin yanvar ayı ərzində ölkədə 2 486,8 mln. kubmetr təbii qaz istehsal olunub. Bu, 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 0,7% çoxdur. Bunun 1 576,6 min kubmetri əmtəəlik təbii qazıdır ki, bu da daha əvvəlki illə müqayisədə 5,9% azdır.

Xəbər lenti