Xəzər Xəbər

Maroş Şefçoviç: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir

İqtisadiyyat | 15:56 • 15 Fevral 2018
Maroş Şefçoviç: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.


Bu barədə AZƏRTAC-a müsahibəsində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç deyib.


"Bu bizim Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda dördüncü görüşümüzdür. İclasda ötən illər ərzində görülən işləri müzakirə etdik. Bu il də çox əlamətdar olacaq. Çünki ilk qaz Türkiyəyə çatdırılacaq. 2020-ci ildə isə Azərbaycan qazı Avropaya nəql olunacaq", - deyə Maroş Şefçoviç bildirib.


Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti qeyd edib ki, iclasda layihənin iştirakçısı olan ölkələrin nümayəndə heyətləri ilə birgə qarşıda duran vəzifələr barədə danışıqlar aparılıb: "Azərbaycan bizim üçün strateji diversifikasiyada, Avropaya qaz hasilatında vacib tərəfdaşdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir".

Xəbər lenti