Xəzər Xəbər

Gömrükdə pirotexniki vasitə aşkar olunub

İqtisadiyyat | 11:48 • 15 Fevral 2018
Gömrükdə pirotexniki vasitə aşkar olunub

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Omega" markalı nəqliyyat vasitəsinə "Cek" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.

Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, kinoloji xidmət itinin reaksiyasına əsasən avtomobilin ön və arxa oturacaqlarının söykənəcəklərinin içərisindən və yük yerindən gömrük nəzarətindən gizlədilən, üzərində "Korsarka" sözləri yazılan 28 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti