Xəzər Xəbər

Tikintidə çalışanların sayı və əmək haqqı açıqlanıb

İqtisadiyyat | 12:29 • 14 Fevral 2018
Tikintidə çalışanların sayı və əmək haqqı açıqlanıb

2017-ci ildə Azərbaycanda tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,7 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, onların 52,9 min nəfəri binaların tikintisində, hər birində 24,9 min nəfər olmaqla mülki təyinatlı inşaat işlərində və ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 27,4%-i dövlət, 72,6%-i isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 4,1% azalaraq 780,7 manat olub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 884,5 manat, dövlət sektorunda isə 522,8 manat olub. Əvvəlki illə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əmək haqqı 16,8% azalıb, mülki təyinatlı inşaat işlərində 12,4%, binaların tikintisində isə 1,7% artıb.

Xəbər lenti