CIF bazisi üzrə
İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin
qiyməti dekabrın 11-də 66,93 dollar/barel təşkil edib ki, bu da ötən
həftənin cümə gününə olan göstəricidən 1,14 dollar/barel çoxdur.
XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB
bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin
qiyməti dekabrın 11-də 66,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki
qiymətdən 1,17 dollar/barel çoxdur.
Novorossiysk limanından
yüklənən URALS neftinin qiyməti dekabrın 11-də 62,92 dollar/barel təşkil
edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,27 dollar/barel
çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü
neftin qiyməti isə dekabrın 11-də 65,17 dollar/barel təşkil edib. Bu,
əvvəlki qiymətdən 1,21 dollar/barel çoxdur.