Xəzər Xəbər

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 113 milyon dolları ötüb

İqtisadiyyat | 14:15 • 20 Noyabr 2017
Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 113 milyon dolları ötüb

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 113 milyon 145,55 min dollar təşkil edib. Bu barədə AZƏRTAC-a Belarus Respublikasının Milli Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, yanvardan oktyabrın sonuna kimi Azərbaycandan Belarusa 12 milyon 901,10 min dollar dəyərində məhsul ixrac edilib. Hesabat dövründə Azərbaycan Belarusdan 100 milyon 244,45 min dollar dəyərində məhsul idxal edib.

Xəbər lenti