Xəzər Xəbər

Bakı Limanı dünya limanlarını Bakıda qarşılamağa hazırdır - Taleh Ziyadov

İqtisadiyyat | 12:06 • 20 Noyabr 2017
Bakı Limanı dünya limanlarını Bakıda qarşılamağa hazırdır -

Bakı Limanı dünya limanlarını Bakıda qarşılamağa hazırdır.

Xezerxeber.az məlumat verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2018-ci ilin may ayında dünya limanlarının nümayəndələri Bakıda keçiriləcək Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransında iştirak etmək üçün ölkəmizə gələcəklər. Bununla bağlı bir sıra tədbirlər görülüb. "Gələn qonaqlara Azərbaycanın həm mədəni irsini, həm də ölkəmizin sosial iqtisadi tərəflərini göstərmək üçün hərtərəfli işlər görülüb. Dünya limanlarını Bakıda qarşılamağa artıq hazırıq”, - deyə Taleh Ziyadov bildirib.

Xəbər lenti