Xəzər Xəbər

Nazir ərəb ölkələrinin sahibkarlarına müraciət edib Ölkəmizə yatırım edin

İqtisadiyyat | 11:36 • 20 Oktyabr 2017
Nazir ərəb ölkələrinin sahibkarlarına müraciət edib

"Körfəz ərəb ölkələrinin Azərbaycanda sənaye parklarında birgə müəssisələr yaratması üçün geniş imkanlar var".

Bunu Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, sənaye parklarında sahibkarlar üçün geniş imkanlar yaradılıb: "Azərbaycanda özəlləşdirilmə proqramı artıq geniş vüsət alıb, müvafiq portal yaradılıb. Siz bu portaldan yararlanmaqla əlverişli imkanlardan yararlana bilərsiniz".

Ş. Mustafayev əlavə edib ki, Azərbaycan və Körfəz ərəb ölkələri birgə investisiya fondları da yarada bilər. "Bizim "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti"miz var. Analoji formatda investisiya fondları yaratmaq olar. Biz Qətərlə investisiya fondunun yaradılması ilə bağlı danışıqlar aparırıq. Ümid edirəm ki, bu layihə də reallaşacaq", - deyə nazir vurğulayıb.

Xəbər lenti