Xəzər Xəbər

Bağlanan 11 bank üzrə 747 milyon 930 min manatdan artıq kompensasiya ödənilib

İqtisadiyyat | 15:47 • 20 Sentyabr 2017
Bağlanan 11 bank üzrə 747 milyon 930 min manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan 11 bank üzrə 747 milyon 930 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan xezerxeber.az-a bildiriblər ki, "Bank Standard" Kommersiya Bankında fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 milyon 499 min manat olmaqla onlardan 554 milyon 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 milyon 154 min manatı kompensasiya olunan əmanətlərdir. Sentyabrın 19-na qorunan əmanətçilərə ümumilikdə 437 milyon 737 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,2 faizi) və 3 milyon 416 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb. "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 milyon 550 min manat olmaqla onlardan 3 milyon 230 min manatını qorunan əmanətlər təşkil edir ki, onun da 2 milyon 99 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətçilərə ümumilikdə 1 milyon 837 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib (ümumi kompensasiya öhdəliyinin 87,5 faizi), 262 min 485 manat ödənilməmiş kompensasiya öhdəliyidir.

"Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97 faizi), "Gəncəbank" ASC-nin əmanətçilərinə 976 min 441 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faizi), "Texnikabank" ASC-nin əmanətçilərinə 120 milyon 408 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faizi), "Parabank" ASC-nin əmanətçilərinə 43 milyon 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), "Zaminbank" ASC-nin əmanətçilərinə 72 milyon 196 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3 faizi), "Kredobank" ASC-nin əmanətçilərinə 27 milyon 914 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi), "Dekabank" ASC-nin əmanətçilərinə 3 milyon 88 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 faizi), "Atrabank" ASC-nin əmanətçilərinə 14 milyon 352 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faizi), "Qafqaz İnkişaf Bankı" ASC-nin əmanətçilərinə 2 milyon 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8 faizi) kompensasiya ödənilib.

Xəbər lenti