Xəzər Xəbər

Hesablama Palatası İqtisad Universiteti ilə bağlı materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib

İqtisadiyyat | 14:08 • 19 Sentyabr 2017
Hesablama Palatası İqtisad Universiteti ilə bağlı materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında "Dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair" auditin nəticələri üzrə hesabat müzakirə olunub.


Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.


Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.


İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.


Xəbər lenti