Bu ilin 8 ayında Türkiyə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə və Çin daxil olmaqla, 18 ölkəyə 130 ton paxlava ixrac edib. Qonşu ölkənin paxlava ixracından qazancı 1 milyon 477 min 499 dollar təşkil edib.
Bu il ən çox paxlava ixracı – 36 ton ABŞ-a reallaşdırılıb. İkinci sırada Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Almaniya yer alıb.
Qeyd edək ki, Türkiyə, eyni zamanda, Azərbaycan, İraq, Qətər, Suriya, Küveyt, Çin, İsveçrə, Fələstin və digər ölkələrə paxlava ixrac edir.