Xəzər Xəbər

Buenos-Ayresdəki küçələrdən birinə Maradonanın adı verilə bilər

İdman | 13:20 • 5 Dekabr 2020
Buenos-Ayresdəki küçələrdən birinə Maradonanın adı verilə bilər

Argentinanın Buenos-Ayres şəhərinin Qanunverici Məclisii milli komandanın sabiq kapitanı və baş məşqçisi Dieqo Maradonanın xatirəsini əbədiləşdirmək üçün tədbirlər planı hazırlayıb.


 Şəhər rəhbərliyi əfsanəvi oyunçunun ilk klubu olan "Argentinos Xuniors" klubunun bazasının yerləşdiyi Aqronomiya rayonu ərazisində turizm, idman və mədəniyyət klasteri yaratmaq niyyətindədir.


Xüsusilə, komandanın ev oyunlarını keçirdiyi stadionuna gedən küçəyə Maradonanın adının verilməsi təklif edilib.


Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.report


Nərmin Məcidli


Xəbər lenti