Xəzər Xəbər

"Neftçi"nin futbolçusu koronavirusa yoluxmasından danışdı

İdman | 10:20 • 5 Dekabr 2020
"Neftçi"nin futbolçusu koronavirusa yoluxmasından danışdı

"Salam, "Neftçi" azarkeşləri. Bildiyiniz kimi, COVID-19 testim müsbət çıxdı və dərhal özümü təcrid etdim".


"Xezerxeber.az"ın məlumatına görə, bunu Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Mert Çelik klubun feysbuk səhifəsinə açıqlamasında deyib.


Koronavirusa yoluxmuş türkiyəli müdafiəçi hazırkı vəziyyətindən danışıb. 20 yaşlı oyunçu insanları evdə qalmağa çağırıb: "Hazırda vəziyyətim yaxşıdır. Hər gün daha da yaxşı oluram. Sizdən xahişim odur ki, ehtiyac olmadıqca bayıra çıxmayaq, evimizdə qalaq. Çölə çıxanda maskamızı taxaq və sosial məsafəni qoruyaq. Bu çətin günlər keçəcək. İnanıram ki, yenidən görüşəcəyik. Həmin vaxtadək evdə qalın, sağlam qalın".


Nərmin Məcidli


Xəbər lenti