Xəzər Xəbər

Maradonanın həkimi ittihamlara cavab verdi

İdman | 12:47 • 30 Noyabr 2020
Maradonanın həkimi ittihamlara cavab verdi

Həkimi Leopoldo Luke əfsanəvi futbolçu Dieqo Maradonanın müalicəsində tibbi səhv ehtimalını inkar edib.


"Pagina12" nəşrinə açıqlama verən Luke sabiq yarımmüdafiəçinin xilası üçün mümkün olan hər şeyi etdiyini bildirib.


Həkim heç bir tibbi yanlışlığının olmadığını söyləyib: "Maradonada gözlənilməz bir şey oldu: infarkt. Həkimlər bunun qarşısını almaq üçün hər şeyi etdilər. Bütün dünyadakı xəstələr bundan ölür".


Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib./report



Ramil

Xəbər lenti