Xəzər Xəbər

“Mançester Siti” Messiyə 10 illik müqavilə təklifi etdi

İdman | 15:29 • 24 Noyabr 2020
“Mançester Siti” Messiyə 10 illik müqavilə təklifi etdi

İngiltərənin "Mançester Siti” klubu İspaniya "Barselona”sının kapitanı Lionel Messiyə növbəti təklifini edib.


Premyer Liqa təmsilçisi argentinalı superulduzla uzun illər əməkdaşlıq etmək fikrindədir.


"Şəhərlilər” konkret olaraq Leonu 10 illik sözləşmə ilə heyətə cəlb etməyi planlaşdırır. Anlaşma əldə olunarsa, Messi əvvəlcə "Mançester Siti”nin, bir neçə ildən sonra eyni sahibkara məxsus ABŞ-ın "Nyu York Siti” klubunun formasını geyinəcək. 34 yaşlı oyunçu karyerasını bitirdikdən sonra isə Avstraliya, Çin, Hindistan və Yaponiyada klubun elçisi kimi fəaliyyət göstərə biləcək.


Qeyd edək ki, Lionel Messinin "Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir./ApaSport


Xəbər lenti