Xəzər Xəbər

İbrahimoviç "Milan"ın tarixinə düşdü

İdman | 13:18 • 23 Noyabr 2020
İbrahimoviç "Milan"ın tarixinə düşdü

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç A seriyasının 8 matçında ardıcıl qol vuran ilk futbolçu olub.


Hücumçu A seriyasının növbəti turunun matçında "Napoli" ilə oyunun 20-ci dəqiqəsində fərqlənib. İbrahimoviç "Milan" tarixində A seriyasının səkkiz matçında ardıcıl qol vuran ilk futbolçu olub.


İbrahimoviç 9 qolla A seriyasının cari mövsümündə bombardirlər siyahısına başçılıq edir.


Qarşılaşma "Milan"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Milan" yeddi turdan sonra 17 xalla İtaliya çempionatının yarış cədvəlində birinci pillədədir./Offsideplus.az

Xəbər lenti