Xəzər Xəbər

“Milan” yenidən liderliyə yüksəlib

İdman | 09:19 • 23 Noyabr 2020
“Milan” yenidən liderliyə yüksəlib

Noyabrın 22-də futbol üzrə İtaliya A Seriyasının 8-ci turun mərkəzi qarşılaşması oynanılıb.


Xezerxeber.az xəbər verir ki, turun son oyunu "San-Paolo” stadionunda "Napoli” və "Milan” klubları arasında oynanılıb.


Görüş "Milan” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.


Qonaqların heyətində Zlatan İbrahimoviç (2) və Jans Peter Hauqe fərqləniblər. "Napoli”nin heyətində isə yeganə qoluna müəllifi Dris Mertens imza atıb.


Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 20-yə çatdıraraq turnir cədvəlində yenidən liderliyə yüksəlib.

Xəbər lenti