Xəzər Xəbər

“Atletiko Madrid” klubu “Barselona”dan üstün olub

İdman | 09:26 • 22 Noyabr 2020
“Atletiko Madrid” klubu “Barselona”dan üstün olub

Noyabrın 21-də futbol üzrə İspaniya La Liqasının 10-cu turun mərkəzi qarşılaşması keçirilib.

Xezerxeber.az xəbər verir ki, "Vanda Metropolitano” stadionunda iki əzəli rəqib "Atletiko Madrid” və "Barselona” komandaları üz-üzə gəlib.

Gərgin keçən görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıb - 1:0.

Oyunda yeganə qolun müəllifi 45-ci dəqiqədə Yannik Korrasko olub.

Bu qələbədən sonra "Atletiko Madrid” 20 xalla ikinci pilləyə yüksəlib. "Barselona” isə 11 xalla 10-cu yerdə qərarlaşıb.

Xəbər lenti