Xəzər Xəbər

Erlinq Holand "Golden Boy" mükafatını qazanıb

İdman | 09:05 • 22 Noyabr 2020
Erlinq Holand "Golden Boy" mükafatını qazanıb

Futbol üzrə Norveç millisinin və Almaniyanın "Borussiya Dortmund" klubunun hücumçusu Erlinq Holand Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy" mükafatını qazanıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan "Tuttosport" nəşri məlumat yayıb.


Namizədlərin son siyahısında Eduardo Kamavinqa ("Renn"), Alfonso Davis ("Bavariya"), Serxinyo Dest ("Barselona"), Ansu Fati ("Barselona"), Fil Foden ("Mançester Siti"), Xames Hudson-Odoi ("Çelsi"), Deyan Kulusevski ("Yuventus"), Ceydon Sanço ("Borussiya" Dortmund), Sandro Tonali ("Milan"), Ferran Torres ("Mançester Siti") və Vinisius Junior ( "Real") kimi məşhur futbolçular var idi.


Qeyd edək ki, 2020-ci ilin yanvarında "Zalsburq"dan "Borussiya"ya transfer olunan Holand bu il 29 matçda 27 qol vurub, 6 qolun ötürməsini verib.

Xəbər lenti