Xəzər Xəbər

"Beşiktaş" İstanbul derbisindən qalib ayrılıb

İdman | 08:58 • 22 Noyabr 2020
"Beşiktaş" İstanbul derbisindən qalib ayrılıb

Noyabrın 21-də futbol üzrə Türkiyə çempionatının IX turunun birinci gün qarşılaşmasında "Beşiktaş" doğma meydanda "Başakşəhər"i qəbul edib.


Xezerxeber.az xəbər verir ki, gərgin keçən görüşün 44-cü dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Atiba Hutçinson hesabı açıb. Matçın 45-ci dəqiqəsində isə Kail Larin komandasının iknci qolunu vurub. Qarşılaşmanın 72-ci dəqiqəsində "Beşiktaş"ın hücumçusu Vinsent Abobakar onbir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunun 81-ci və 90-cı dəqiqələrində "Başakşəhər"in futbolçusu Federik Qulbrandsen iki dəfə fərqlənsədə komandasını məğlubiyyətdən xilas edə bilməyib.


Beləliklə, "Beşiktaş" İstanbul derbisindən "Başakşəhər"i 3:2 hesabı ilə üstələyib.


Günün digər oyunlarında "Fənərbağça" səfərdə "Gənclərbirliyi"ni 5:1 hesabı ilə darmadağın edib. "Denizlispor" isə doğma divarlar arasında "Qaziantep"ə minimal hesabla məğlub olub. "Fatih Karagümrük" – "Sivasspor" matçında hesab 1:1 bərabərliklə bitib.


Turun digər oyunları aşağıdakılardır.


"Hatayspor" – "Rizəspor";


"Göztəpə" – "Ankaragücü";


"Konyaspor" – "Kasımpaşa";


"Antalyaspor" – "Alanyaspor";


"Trabzonspor" – "Ərzurumspor";


"Qalatasaray" – "Kayserispor":


Hazırda çempionatın turnir cədvəlinə 20 xalla "Fənərbağça" başçılıq edir. Ondan 3 xal geri qalan "Alanyaspor" ikinci, 16 xal toplayan "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.


Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Yeni Malatyaspor" istirahət edib.

Xəbər lenti