Xəzər Xəbər

Premyer Liqada 5 əvəzetməyə icazə verildi

İdman | 15:36 • 18 Noyabr 2020
Premyer Liqada 5 əvəzetməyə icazə verildi

İngiltərə Futbol Liqası (EFL) komandaların cari mövsüm hər matçda beş əvəzetmədən istifadəsinə icazə verib.


"Sky Sports" xəbər verir ki, qayda noyabrın 20-də Çempionşipdə "Koventri" və "Birmingem" komandaları arasındakı matçda qüvvəyə minəcək.


EFL Premyer Liqadan başqa bütün çempionatlarda söz sahibidir.


İngiltərə Premyer Liqası beş əvəzetmə qaydasının tətbiq edilmədiyi çempionatlardan biridir. Avqustda əksər klublar bundan istifadə edilməsinə qarşı olublar. Vəziyyətin cari mövsümün sonuna qədər davam edəcəyi gözlənilir.


Qeyd edək ki, ötən mövsümün sonlarında İngiltərə Premyer Liqasında 5 əvəzetmədən istifadə edilib.

Xəbər lenti