Xəzər Xəbər

"Barselona" Fati ilə müqaviləsini yeniləyir

İdman | 13:01 • 15 Noyabr 2020
"Barselona" Fati ilə müqaviləsini yeniləyir

"Barselona" futbolçusu Ansu Fati ilə müqaviləsini yeniləməyə hazırlaşır.


XəzərXəbər Qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu bir neçə həftə əvvəl danışıqlara başlayıb.


Eyni zamanda tərəflərin danışıqlarda irəliləyiş əldə etdiyi də qeyd olunub. Onun "Barselona" ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.


Bundan əvvəl, 18 yaşlı hücumçunun dizindəki zədəyə görə əməliyyat olunduğu və 3-4 ay müddətində yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi.


Qeyd edək ki, Fati bu mövsüm La Liqada 7 oyuna çıxıb və 4 qol vurub.

Xəbər lenti