Xəzər Xəbər

Serxio Ramos Buffonu geridə qoydu

İdman | 10:46 • 15 Noyabr 2020
Serxio Ramos Buffonu geridə qoydu

İspaniya millisinin müdafiəçisi Serxio Ramos Avropada milli komandaların heyətində ən çox matça çıxan oyunçu olub.


Sports.ru xəbər verir ki, o, bu nəticəyə Millətlər Liqasının İsveçrə ilə oyununda meydana start heyətində çıxmaqla nail olub.


1:1 hesablı bərabərliklə yekunlaşan görüşdə 177-ci dəfə milli komandanın formasını geyinmiş futbolçu rekord matçında uğursuz çıxışla yadda qalıb. Belə ki, o, görüş ərzində iki dəfə penalti zərbəsindən fərqlənmək şansını əldən verərək komandasının xal itkisinə səbəb olub.


Bu oyunla italiyalı əfsanəvi qapıçı Canluici Buffonu geridə qoyan Ramos dünyanın ən çox milli komanda forması geyinmiş oyunçusu olmaq üçün daha 8 qarşılaşmada İspaniya yığmasının heyətində meydana çıxmalıdır.


Hələlik dünyanın ən çox milli forma geyinmiş oyunçusu isə Misir yığmasının keçmiş oyunçusu Ahmet Hassandır. Onun aktivində 184 oyun var.

Xəbər lenti