Xəzər Xəbər

“Barselona” Messiyə 33 milyon avro mükafat verəcək

İdman | 10:25 • 14 Noyabr 2020
“Barselona” Messiyə 33 milyon avro mükafat verəcək

İspaniya "Barselona”sı gələn il kluba sadiq olduğuna görə argentinalı hücumçu Lionel Messiyə əlavə mükafat verəcək.


Xezerxeber.az xəbər verir ki, bu barədə "ESPN” telekanalı məlumat yayıb.


Mənbənin verdiyi məlumata görə, mükafatın məbləği 33 milyon avro olacaq.


Qeyd olunub ki, 2017-ci il müqaviləsində nəzərdə tutulan bonusun ümumi məbləği 66 milyon avrodur. Argentinalı futbolçu mükafatın ilk yarısını fevral ayında alıb.

Xəbər lenti