Xəzər Xəbər

Məhhəməd Salah koronavirusa yoluxub

İdman | 09:04 • 14 Noyabr 2020
Məhhəməd Salah koronavirusa yoluxub

Futbol üzrə Misir millisinin və İngiltərənin "Liverpul” futbol klubunun hücumçusu Məhhəməd Salah koronavirusa yoluxub.

Xezerxeber.az xəbər verir ki, 28 yaşlı hücumçunun koronavirus testi müsbət çıxıb. Onun karantinə alındığı və yaxın günlərdə yenidən koronavirus testindən keçəcəyi bildirilib.

Qeyd edək ki, M.Salah cari mövsümdə İngiltərə Premyer Liqasında keçirdiyi 8 matçda 8 qolun müəllifi olub.

Xəbər lenti