Xəzər Xəbər

ÇL: "Barselona"dan 5 qol, PSJ məğlubiyyətlə başladı

İdman | 09:09 • 21 Oktyabr 2020
ÇL: "Barselona"dan 5 qol, PSJ məğlubiyyətlə başladı

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

İlk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib.

Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplanın çıxış etdiyi Türkiyənin "Başakşehir" klubu da ilk matçına çıxıb. İstanbul təmsilçisi Almaniyada "Leyptsiq"in qonağı olub. 2019/2020 mövsümündə Türkiyə Super Liqasının qalibi olan komandanın qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində debütü məğlubiyyətlə nəticələnib - 0:2. Kaplan sonadək ehtiyatda qalıb.

qrupunun digər qarşılaşmasında. PSJ Fransada İngiltərə "Mançester Yunayted"inə məğlub olub - 1:2.

qrupunda mübarizə aparan Avropa Liqasının son qalibi İspaniya "Sevilya"sı İngiltərədə "Çelsi"nin qonağı olub. Görüş qolsuz yekunlaşıb. Bu qrupun digər matçında "Renn" Fransada Rusiya "Krasnodar"ı ilə heç-heçə edib - 1:1.

qrupunda "Zenit" Rusiyada Belçika "Brügge"sinə uduzub - 1:2. "Latsio" isə İtaliyada Almaniyanın "Borussiya" (Dortmund) komandasını yenməyi bacarıb - 3:1.

qrupunun iddialı komandalarından İtaliya "Yuventus"u Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" üzərində 2:0, "Barselona" isə İspaniyada Macarıstan "Ferentsvaroş"u ilə matçda 5:1 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası
qrup mərhələsi, I tur

20 oktyabr


E qrupu
23:00. "Çelsi” (İngiltərə) – "Sevilya” (İspaniya) - 0:0

23:00. "Renn” (Fransa) – "Krasnodar” (Rusiya) - 1:1

Qollar: Seru Girassi, 56 (pen.) - Kristian Ramires, 59

F qrupu
20:55. "Zenit” (Rusiya) – "Brügge” (Belçika) - 1:2

Qollar: İtan Horvat, 74 (öz qapısına) - Emmanuel Bonaventure, 63. Şarl de Ketelare, 90+3

23:00. "Latsio” (İtaliya) – "Borussiya” (Dortmund, Almaniya) - 3:1

Qollar: Çiro İmmobile, 6. Marvin Hits, 23 (öz qapısına). Jan-Daniel Akpa-Akpro, 76 - Erlinq Holann, 71

G qrupu

20:55. "Dinamo” (Kiyev, Ukrayna) – "Yuventus” (İtaliya) - 0:2

Qollar: Alvaro Morata, 46; 84

23:00. "Barselona” (İspaniya) – "Ferentsvaroş" (Macarıstan) - 5:1

Qollar: Lionel Messi, 27 (pen.). Ansu Fati, 42. Filippe Koutinyo, 52. Pedri, 82. Usman Dembele, 89 - İqor Xaratin, 70 (pen.)

Qırmızı vərəqə: Jerar Pike, 68 ("Barselona")

H qrupu
23:00. PSJ (Fransa) – "Mançester Yunayted” (İngiltərə) - 1:2

Qollar: Antoni Marsyal, 55 (öz qapısına) - Brunu Fernandeş, 23 (pen.). Markus Reşford, 87

23:00. "Leyptsiq” (Almaniya) – "Başakşehir” (Türkiyə) - 2:0

Qollar: Anxelinyo, 16; 20

Qeyd edək ki, qrup mərhələsinin digər oyunlar oktyabrın 21-də olacaq.

Xəbər lenti