Xəzər Xəbər

Çempionlar Liqası başlayır

İdman | 09:31 • 20 Oktyabr 2020
Çempionlar Liqası başlayır

PSJ "Mançester Yunayted"lə, "Başakşehir" "Leyptsiq"lə qarşılaşacaq


Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.


İlk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.


Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplanın çıxış etdiyi Türkiyənin "Başakşehir" klubu da ilk matçına çıxacaq. İstanbul təmsilçisi Almaniyada "Leyptsiq"in qonağı olacaq. 2019/2020 mövsümündə Türkiyə Super Liqasının qalibi olan komanda qitənin bir nömərli klub turnirinin qrup mərhələsində debüt edəcək. Bu qrupun digər qarşılaşmasında. PSJ Fransada İngiltərə "Mançester Yunayted"ini qəbul edəcək.


A qrupunda mübarizə aparan Avropa Liqasının son qalibi İspaniya "Sevilya"sı İngiltərədə "Çelsi"nin qonağı olacaq.


G qrupunun iddialı komandalarından "Yuventus" Kiyevdə "Dinamo" ilə, "Barselona" isə İspaniyada Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gələcək.


Çempionlar Liqası

qrup mərhələsi, I tur


20 oktyabr

E qrupu

23:00. "Çelsi” (İngiltərə) – "Sevilya” (İspaniya)

23:00. "Renn” (Fransa) – "Krasnodar” (Rusiya)


F qrupu

20:55. "Zenit” (Rusiya) – "Brügge” (Belçika)

23:00. "Latsio” (İtaliya) – "Borussiya” (Dortmund, Almaniya)


G qrupu

20:55. "Dinamo” (Kiyev, Ukrayna) – "Yuventus” (İtaliya)

23:00. "Barselona” (İspaniya) – "Ferentsvaroş" (Macarıstan)


H qrupu

23:00. PSJ (Fransa) – "Mançester Yunayted” (İngiltərə)

23:00. "Leyptsiq” (Almaniya) – "Başakşehir” (Türkiyə)


Qeyd edək ki, qrup mərhələsinin digər oyunlar oktyabrın 21-də olacaq.


Xəbər lenti