Xəzər Xəbər

Luçesku Messi ilə Ronaldonu müqayisə etdi

İdman | 09:56 • 19 Oktyabr 2020
Luçesku Messi ilə Ronaldonu müqayisə etdi

Kiyev "Dinamo”sunun baş məşqçisi Mirça Luçesku "Barselona” nın futbolçusu Lionel Messi və "Yuventus”un hücumçusu Kriştiano Ronaldo barədə fikirlərini bölüşüb.


Qeyd edək ki, "Dinamo” Çempionlar Liqasında "Barselona” və "Yuventus”la eyni qrupda yer alıb.


"Mən baş məşqçi kimi Messi və Ronaldo ilə dəfələrlə üz-üzə gəlməli olmuşam. Tezliklə çalışdırdığım klubun oyunçuları da onlara qarşı oynamalı olacaq. Futbolçularıma onların bacarıqlarını izah etməliyəm”, - deyə  UEFA-nın rəsmi saytı M.Luçeskunun fikirlərini dərc edib.


Rumıniyalı futbol mütəxəssisi qeyd edib ki, L.Messi dar məkanda sürəti, özünə inamı və driblinqinə görə fərqlənən futbolçudur.


"Ronaldo isə fərqli oyunçudur. O, fərqlənməyi çox sevir, bu səbəbdən portuqaliyalıya geniş sahə lazımdır. Onun komanda yoldaşlarının köməyinə ehtiyacı var, Messi isə təkbaşına çox şeyi müstəqil şəkildə etmək iqtidarındadır”, - deyə M.Luşesku söyləyib./oxu.az

Xəbər lenti