Xəzər Xəbər

"Qarabağ" Avropa Liqasındakı ev oyunlarını Kiprdə keçirəcək?

İdman | 20:26 • 15 Oktyabr 2020
"Qarabağ" Avropa Liqasındakı ev oyunlarını Kiprdə keçirəcək?

"Qarabağ" hərbi vəziyyətlə bağlı Azərbaycanda tətbiq olunan komendant saatına görə Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını ölkədən kənarda keçirə bilər.


Bu barədə "Kerkida" nəşri məlumat yayıb. Bildirilib ki, qarşılaşmaların Kiprdə baş tutması istisna edilmir.


Nəşr Ağdam təmsilçisinin Türkiyə "Sivasspor" ilə görüşünün həmin ölkədə gerçəkləşməsi ehtimalının isə az olduğunu vurğulayıb.


"Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Report"a açıqlamasında məlumatı təkzib edib: "Biz hazırda matçlarımızı evdə keçirməyi planlaşdırırıq. UEFA da evdə oynayacağımızı təsdiqləyib. Hazırda bizim burada çıxış etməyimizlə bağlı problem görsənmir. Dövlətimiz tərəfindən Azərbaycanda keçirilmiş hər hansı oyunla bağlı problem olmayıb".


Qeyd edək ki, "Qarabağ" İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Tel-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə birlikdə I qrupunda yer alıb. Azərbaycan çempionu evdə ilk oyununu oktyabrın 29-da La Liqa təmsilçisinə qarşı keçirəcək.


Xatırladaq ki, Azərbaycan çempionu ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməlidir.

Xəbər lenti