Xəzər Xəbər

Donald Gerye “Qarabağ”a qoşulub

İdman | 10:24 • 1 Oktyabr 2020
Donald Gerye “Qarabağ”a qoşulub

Avropa Liqasının pley-off mərhələsində bu gün Polşa klubu "Legiya” ilə qarşılaşacaq "Qarabağ” müdafiəçisi Vild-Donald Geryeyə qoşulub.


Pasport problemi ucbatından komanda ilə birlikdə Varşavaya yollana bilməyən haitili futbolçu artıq adıçəkilən şəhərdədir.


Bunu Gerye özü Polşa mətbuatına açıqlamasında bildirib. O, gecə saatlarında Varşavaya çatdığını söyləyib. Artıq kollektivlə birlikdə olan 31 yaşlı cinah oyunçusu Polşa Ordu Stadionunda keçiriləcək qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.


Qeyd edək ki, "Legiya” – "Qarabağ” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Xəbər lenti