Xəzər Xəbər

Əfsanəvi futbolçu Azərbaycanla bağlı paylaşım etdi FOTO

İdman | 16:04 • 29 Sentyabr 2020
Əfsanəvi futbolçu Azərbaycanla bağlı paylaşım etdi

"Səbail”də oynamış qanalı əfsanəvi futbolçuMaykl Esyen Dağlıq Qarabağda gedən döyüşlərəgörə ordumuza dəstək nümayiş etdirib.

Hazırda Danimarkanın "Norşelan” klubunda işləyən dünya ulduzu bu barədə "Instagram” hesabında paylaşım edib.

1,5 milyon izləyicisi olan "Çelsi”nin və Madrid "Real”ının keçmiş oyunçusu Azərbaycan bayrağını paylaşıb. O, bayrağın üzərində ingilis dilində yazılmış "Azərbaycan üçün dua et” və "Qarabağ Azərbaycandır” sözləri ilə olan şəkli #FreeKarabakhhaştaqı ilə paylaşıb.

Xəbər lenti