Xəzər Xəbər

“Liverpul” və “Real” Mbappe transferində rəqib oldu

İdman | 13:32 • 22 Sentyabr 2020
“Liverpul” və “Real” Mbappe transferində rəqib oldu

"Liverpul” 2021-ci ilin yayında müqavilə bağlamaq ümidi ilə PSJ-nin hücumçusu Kilian Mbappe ilə daimi əlaqə saxlayır.


Bu barədə "Daily Mail” məlumat yayıb.


Lakin "Liverpul”un Mbappe transferində güclü rəqibi də var. Belə ki, "kral klubu” – Madrid "Real”ı da Mbappeni transfer etmək niyyətini gizlətməyib.


Xatırladaq ki, Kilian Mbappe 2017-ci ilin yayında icarə əsasında "Monako”dan PSJ-yə keçib. Bir il sonra Paris klubu hücumçunu 145 milyon avroya transfer edib.


Ötən mövsüm Fransa çempionatında 20 qarşılaşmaya çıxan Mbappe bu oyunlarda 18 qol vurub, beş məhsuldar ötürmə edib. PSJ-nin futbolçu ilə müqaviləsi 2022-ci ilin yazında başa çatır.

Xəbər lenti