Xəzər Xəbər

"Barselona" gənc istedadı "Ayaks"a göndərir

İdman | 10:50 • 22 Sentyabr 2020
"Barselona" gənc istedadı "Ayaks"a göndərir

"Barselona" gənc yarımmüdafiəçisi Rikard Puçu "Ayaks"a icarəyə verir.


 


"Mundo Deportivo" xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçisinin keçidi bu həftə rəsmiləşəcək.


 


"La Masiya"nın ən istedadlı yetirmələrindən sayılan ispaniyalı futbolçu 2019-cu ildən katalonların əsas komandasındadır. Puç İspaniyanın U-21 millisinin üzvüdür.

Xəbər lenti