Xəzər Xəbər

"Vulverhempton" "Barselona"nın futbolçusu ilə razılaşdı

İdman | 13:22 • 21 Sentyabr 2020
"Vulverhempton" "Barselona"nın futbolçusu ilə razılaşdı

"Vulverhempton" "Barselona"nın müdafiəçisi Nelson Semedunu transferini tamamlayıb.


 


"Sky Sports" xəbər verir ki, "canavarlar" bu keçid üçün 29 milyon funt-sterlinq təzminat ödəməyi qəbul edib. Portuqaliyalı futbolçu ilə 5 illik razılıq əldə edilib. Transferin bu həftə rəsmiləşəcəyi gözlənilir.


 


Katalonlar Semedunu 2017-ci ildə "Benfika"dan 30 milyon avroya transfer edib. 26 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm 21 oyun keçirib.

Xəbər lenti