Xəzər Xəbər

"Qalatasaray"ın qolçusu "Neftçi" ilə oyundan danışdı

İdman | 16:45 • 18 Sentyabr 2020
"Qalatasaray"ın qolçusu "Neftçi" ilə oyundan danışdı

"Çox xoşbəxtəm, uzun müddətdən sonra öz oyunumu tapdım".


Bunu Türkiyə "Qalatasaray"ının futbolçusu Mbaye Diaqne UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.


Seneqallı hücumçu dubl etdiyi qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Əzmkar işin qarşılığını gec-tez alırsan. Artıq qarşıdakı matçı düşünəcəyik. İnanıram ki, qələbə qazanacağıq".


Qeyd edək ki, Maqaye Diaqne "Neftçi"ni 3:1 hesabı ilə yendikləri matçın 19-cu və 63-cü dəqiqələrində fərqlənib. "Ağ-qaralar"ı Avropa Liqasından kənarlaşdıran "Qalatasaray" III raundda Xorvatiyanı "Hayduk" (Split) klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 24-də olacaq.

Xəbər lenti