Xəzər Xəbər

"Real Madrid" xəyallarımın klubudur" - Poçettino

İdman | 13:48 • 18 Sentyabr 2020
"Real Madrid" xəyallarımın klubudur" - Poçettino

Argentinalı baş məşqçi La Liqa nəhəngi "Barselona"dan heç vaxt təklif almadığını və "Real Madrid"in onun arzularının klubu olduğunu açıqlayıb.


 


Maurisio Poçettino hazırkı prezidenti (Xosep Maria Bartomeu) vəzifədə qaldığı müddət boyu özünü heç vaxt "Barselona"nın baş məşqçisi kimi görməyib. 


"Onlar mənə "Barselona"da baş məşqçilik etməyi təklif etmədilər. Özümü Bartomeu ilə birlikdə görə bilmirəm".


"Bilmirəm nə vaxtsa "Real Madrid"ə baş məşqçilik edə bilərəm, ya yox. Amma əlbəttə bunu arzulayıram. O, dünyada ən yaxşı klub olmasa da, ən yaxşılardan biridir. Mənim digərlərindən fərqim yoxdur, "Real Madrid" hər kəsin arzu siyaısındadır", - deyə "Tottenhem"in keçmiş baş məşqçisi qeyd edib./Offsideplus.az

Xəbər lenti