Xəzər Xəbər

Messinin cəzası ləğv olundu

İdman | 15:45 • 12 Sentyabr 2020
Messinin cəzası ləğv olundu

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Argentina millisinin hücumçusu Lionel Messinin cəzasını ləğv edib.


 


33 yaşlı hücumçu 2019-cu ildə Kopa Amerikanın 3-cü yer uğrunda Argentina və Çili arasında keçirilən oyununda (2:1) rəqib futbolçu Qari Medellə mübahisə etdiyi üçün qırmızı vərəqə alıb.


CONMEBOL Argentina Futbol Federasiyasının müraciətinə əsasən, diskvalifikasiya müddətinin başa çatdığını və futbolçunun növbəti matçlarda iştirak edə biləcəyini bildirib.


 


Messi oktyabrın 8-i Ekvador, 5 gün sonra isə Boliviya ilə matçda iştirak edə bilər.


Xəbər lenti