Xəzər Xəbər

"Beşiktaş"ın baş məşqçisi koronavirusa yoluxdu

İdman | 14:39 • 12 Sentyabr 2020
"Beşiktaş"ın baş məşqçisi koronavirusa yoluxdu

Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Sergen Yalçın koronavirusa yoluxub. 


Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 


48 yaşlı mütəxəssis karantinə alınıb və onun müalicəsinə başlanılıb. 


Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının I turunda səfərdə "Trabzonspor"un qonağı olacaq. Sentyabrın 13-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Xəbər lenti