Xəzər Xəbər

"Çelsi" Kepanın əvəzinə yeni qapıçı aldı

İdman | 13:24 • 12 Sentyabr 2020
"Çelsi" Kepanın əvəzinə yeni qapıçı aldı

Bu il etdiyi transferlərlə özündən söz etdirən "Çelsi" daha bir keçidi həll edib.


London təmsilçisi Fransanın "Renn" klubunda çıxış edən Eduard Mendi ilə razılıq əldə edib.


28 yaşlı seneqallı qapıçı bu günlərdə Londona gələrək tibbi müayinədən keçəcək.


Onun transferinin  önümüzdəki həftə ərzində rəsmən açıqlanacağı gözlənilir.


Qeyd edək ki, "Çelsi" hazırki əsas qapıçısı Kepa Arrisabalaqanı klubda saxlamaq niyyətində deyil./Offsideplus.az 

Xəbər lenti