Xəzər Xəbər

PSJ "Roma"nın kapitanını transfer etdi

İdman | 12:13 • 12 Sentyabr 2020
PSJ "Roma"nın kapitanını transfer etdi

Fransa Liqası klubu "Paris Sen-Jermen" yeni transferini reallaşdırıb.


PSJ "Roma"nın oyunçusu Alessandro Florenzini icarə əsasında heyətinə qatıb. 29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalandığı bildirilib. İcarəyə götürmə məbləği olaraq PSJ oyunçu üçün 500 min avro ödəyib. Klub mövsümün sonu 9 milyon avro ödəyərək italiyalı futbolçunu birdəfəlik almaq hüququna malikdir.


Razılaşmadan sonra açıqlamalar verən Florenzi "PSJ-nin oyunçusu olacağım üçün çox məmnunam. Avropanın ən böyük klublarından birinə gəldim. Dünyanın ən yaxşı futbolçuları ilə komanda yoldaşı olacam", - deyə məmnunluğunu ifadə edib.


Karyerasının böyük hissəsini "Roma"da keçirən və kapitanlığa yüksələn Florenzi oynadığı 295 matçda 30 qol vurub, 33 məhsuldar ötürmə edib./Offsidepus.az

Xəbər lenti