Xəzər Xəbər

"Neftçi" – "Qalatasaray" oyununun keçiriləcəyi stadion dəyişdirilib

İdman | 17:51 • 11 Sentyabr 2020
"Neftçi" – "Qalatasaray" oyununun keçiriləcəyi stadion dəyişdirilib

Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi” – "Qalatasaray” oyununun yeri dəyişdirilib.


Xezerxeber.az-ın məlumatına görə, "Bakcell Arena”da keçirilməli olan matç Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.


Bununla bağlı hər iki klubun razılığı ilə UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.


Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.

Xəbər lenti