Xəzər Xəbər

Türkiyə Superliqasında komanda sayı artırıldı

İdman | 16:02 • 11 Sentyabr 2020
Türkiyə Superliqasında komanda sayı artırıldı

2021-22 mövsümündə Türkiyə Superliqasında 20 komanda mübarizə aparacaq.


"NTV Spor" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib.


70 yaşlı funksioner bildirib ki, 2020/2021 mövsümün sonunda 21 klubdan 4-ü elitanı tərk edəcək. Əvəzində isə I liqadan 3 komanda yüksək dəstəyə çıxacaq və Super Liqa iştirakçılarının sayı 20 olacaq.


Qeyd edək ki, Türkiyə çempionatında yeni mövsümə sabah "Rizespor" - "Fənərbağça" matçı ilə start veriləcək.


Koronavirus pandemiyası səbəbdən bu mövsüm Super Liqada 21 komanda iştirak edəcək. Bunadək yerli çempionatda klub sayı 18 idi./Offsideplus.az

Xəbər lenti