Xəzər Xəbər

"Qalatasaray" 5 milyon avroluq təklifi rədd etdi

İdman | 12:27 • 9 Sentyabr 2020
"Qalatasaray" 5 milyon avroluq təklifi rədd etdi

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin "Qalatasaray" klubu futbolçusu Mbaye Dianye üçün gələn təklifləri geri çevirib. 


"Takvim" xəbər verir ki, Qətərin iki klubu 29 yaşlı senaqallı hücumçu üçün İstanbul təmsilçisinə 5 milyon avroluq təklif göndərib. 


"Sarı-qırmızılar" hər iki komandaya rədd cavabı verib. Klub rəhbərliyi Dianyeni daha yüksək məbləğə satmaq niyyətindədir. 


Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Xəbər lenti