Xəzər Xəbər

Ronaldo milli komandada 100-cü qolunu vurdu

İdman | 11:03 • 9 Sentyabr 2020
Ronaldo milli komandada 100-cü qolunu vurdu

UEFA Millətlər Liqasının II turunda İsveçlə səfər oyunu Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.


İlk hissənin sonuna əlavə olunmuş 1-ci dəqiqədə fərqlənən 35 yaşlı hücumçu yığmada 100-cü qolunu vurub.


O, bu göstəricidə yalnız İran seçməsinin Azərbaycan əsilli forvardı Əli Daeidən geri qalır. Veteran futbolçunun aktivində 109 qol var.


Qeyd edək ki, milli komandada ən çox qol vuran futbolçuların siyahısında ilk "3-lüy"ü Macarıstan yığmasının əfsanəvi hücumçusu Ferents Puşkaş tamamlayır. Braziliyalı Pele isə 77 qolla 6-cı pillədə qərarlaşıb.

Xəbər lenti