Xəzər Xəbər

Bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq

İdman | 11:56 • 8 Sentyabr 2020
Bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.


Canni De Byazinin baş məşqçisi olduğu komanda Nikosiyada Kipr millisi ilə üz-üzə gələcək. Qarşılaşmanı slovakiyalı Filip Qlovanın başçılıq etdiyi hakim briqadası idarə edəcək.


C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzub.


Lüksemburqla matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq, Kiprdə isə Nikolas İoannu şəxsi istəyi ilə heyətdən çıxarılıb.


UEFA Millətlər Liqası


C liqası, I qrup


8 sentyabr


22:45. Kipr - Azərbaycan


Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka


Nikosiya. GSP stadionu


Qeyd edək ki, qrupun digər görüşündə Monteneqro Lüksemburqun qonağı olacaq./Publika.az

Xəbər lenti