Xəzər Xəbər

Falkao "Qalatasaray"dan ayrılır?

İdman | 16:11 • 7 Sentyabr 2020
Falkao "Qalatasaray"dan ayrılır?

Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Radamel Falkao komandadan ayrılacağı barədə iddialara münasibət bildirib.


 


Kolumbiyalı futbolçu bu mövsüm İstanbul klubunda qalacağını deyib:


 


"Nələr olacağını bilmirəm. İki illik müqaviləm var. Bu mövsüm hələ ki buradayam".


 


34 yaşlı hücumçunun "sarı-qırmızılar"da bonuslarla birgə illik qazancı 5 milyon avrodur. Falkao ötən yay "Monako"dan "Qalatasaray"a keçib.

Xəbər lenti