Xəzər Xəbər

Tyaqo savaşına "Barselona" da qoşuldu

İdman | 15:46 • 7 Sentyabr 2020
Tyaqo savaşına "Barselona" da qoşuldu

Tyaqo Alkantara "Bayern"dən ayrılmağa qərar verib.


 


"Bild" xəbər verir ki, Münhen təmsilçisinin ispaniyalı yarımmüdafiıçisi komanda yoldaşları ilə vidalaşıb. Ötən mövsüm komanda ilə 3 titul qazanan 29 yaşlı futbolçu klubun yeni müqavilə təklifini qəbul etməyib.


 


Tyaqonun adı "Liverpul" və "Mançester Yunayted" ilə hallanır. Son olaraq, "Barselona"nın da keçmiş futbolçusuna təklif göndərdiyi bildirilir.


 


Alkantaranın "Bayern"lə müqaviləsi 2021-ci ilin yayında bitəcək. Bundesliqa klubu futbolçunu 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti