Xəzər Xəbər

Qriqorçuk Belarusa qayıtdı

İdman | 10:41 • 6 Sentyabr 2020
Qriqorçuk Belarusa qayıtdı

"Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib.


55 yaşlı ukraynalı mütəxəssis Belarusun "Şaxtyor” (Soliqorsk) klubunun baş məşqçisi təyin olunub.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır.


Qeyd edək ki, Qriqorçukun son iş yeri Qazaxıstan "Astana”sı olub. O, 2015-2018-ci illər aralığında "Qəbələ”ni çalışdırıb.

Xəbər lenti