Xəzər Xəbər

UFC Las Veqas turnirindəki iki döyüşü ləğv edib

İdman | 10:15 • 6 Sentyabr 2020
UFC Las Veqas turnirindəki iki döyüşü ləğv edib

Qarışıq döyüş növləri üzrə UFC çempionatı döyüşçülərdə koronavirus aşkar edildiyi üçün Las Veqas turnirindəki iki döyüşü ləğv edib.


Bu barədə təşkilatın mətbuat xidməti bildirib.


Beləliklə, Tiyaqo Moyzes (Braziliya) - Jalin Tyorner (ABŞ) və Aleksandr Romanov (Moldova) - Markus Rojerio (Braziliya) döyüşləri ləğv edilib.


Əsas döyüşdə Alister Overim (Niderland) Auqusto Sakayi (Braziliya) ilə qarşılaşacaq./trend


Xəbər lenti